Türkiyənin öncəliyi: Şərqi Fərat, yoxsa İdlib əməliyyatı? – Araşdırma

Baxış sayı:
6043

Türkiyə və Rusiyanın Suriyada 4 milyon civarında mülki əhalinin məskunlaşdığı İdlibdə atəşkəsin qorunması üçün əldə etdiyi razılıq Əsəd rejiminin son günlərdəki bölgəyə hərbi müdaxilələri ilə olduqca çətin bir vəziyyətə düşdü. Çox sayda insanın tələf olduğu hücumlardan sonra İdlibdə sanki tikan üstündə bir proses başlayarkən, qarşıdakı dövrdə Türkiyə-Rusya-Suriya üçbucağında atılacaq addımlar və mümkün ssenarilər daha tez-tez mübahisə edilməyə başlandı.
 
 Altınbaş Universiteti Beynəlxalq Əlaqələr Kafedrasının müəllimi professor Əhməd Qasım Xan etdiyi açıqlamada, Astana Prosesinin Suriya məsələsinə dair müxtəlif platformalarda işlənilən proseslər arasında ən fəal və eyni zamanda ortalığa qoyduğu nəticələr baxımından tərəflər adına ən səmərəli və mənalı nəticələri istehsal edən proses olduğunu deyib.
 
PARALEL FAKTORLARI NƏZƏRƏ ALMAQ LAZIMDIR
 
“Suriyaya dair işlənilən digər bütün mexanizmləri də nəzərə alanda əslində ən fəal və səmərəli nəticələri də yenə Astana prosesi verir" deyən Xan, "Ancaq burada əsas risk bu nöqtədədir. İdlib məsələsi yalnız öz aralarında müəyyən bir tarazlıq yarada biləcək bərabər tərəflər arasında varılan anlaşmalar üzərindən işləmir. Eyni zamanda bu tərəflərin qurduqları tarazlıqlar və üstünlüklər üzərində təzyiq yaradacaq paralel digər faktorlar və aktyorları da nəzərə almaq lazımdır. İdlibdə bu amillərdən çox var və ən mühümlərindən biri Heyət Təhrir Əl-Şam-dır (HTŞ) " deyə bildirib.
HTŞ-nin hazırda İdlibdə mövcud vəziyyəti istifadə edərək Rusiya və Türkiyənin yaratdığı, qismən Dəməşq rəhbərliyinin də iştirak etdiyi və İranın da yaxından izlədiyi tarazlığı pozduğuna diqqəti çəkən Xan, belə davam edib:
“Bu tarazlığın pozulması İdlib razılığını çətin vəziyyətə salıb. 10 maddəlik bu anlaşmada gərginliyi azaltma zonasının yaradılması, tərksilah bölgəsi, ağır silahların bölgədən çıxarılması kimi vacib detallar vardı.
 
 Bunlarla yanaşı, Suriyanın ən mühüm ticarət yolları üzərində yerləşən, Hələbi Dəməşqə bağlayan M5 və Lazkiyəyə bağlayan M4 avtomobil yollarının da təhlükəsiz keçidə açılması və həm də Rus bazalarının yerləşdiyi regionda, həm də Hələb və sözügedən avtomobil yolları üzərindən Dəməşq ana xəttində təzyiqin azaldılması kimi məsələlər də mövcud idi".
 
TÜRKİYƏ ÜÇÜN İDLİB DAHA FƏRQLİ VƏ KRİTİK MƏNALAR DAŞIYIR
 
 Xan, "Türkiyənin İdlib məsələsində fərqli narahatçılıq məqamları var" deyərək bunlardan ilkinin işin insanı ölçüsü olduğunu ifadə edib: “Burada əsas mövqe həm milyonlarla insanla ifadə edilə biləcək bir qaçqın dalğasının qarşısını almaq, həm də humanitar faciələrin baş verməsini əngəlləməkdir. Bu səbəblə Türkiyə üçün bölgədə sabitliyin təmin olunması çox mühümdür”.
İdlib medalyonun bir üzündə bunlar varkən, digər üzündə də Türkiyənin təhlükəsizliyi olduğuna vurğu edən Xan, "Burada qarşımıza çıxan əsas məsələ, mühacirət dalğasına qatılan qaçqınların içinə sızacaq radikal döyüşçülərin Türkiyəyə girməsini əngəlləməkdir. İşin təhlükəsizlik aspektində bu həssaslıq var" deyib.
Müxalifət.az