​Türkiyənin nikahla bağlı islahatları ölkədə kəskin etirazlarla qarşılandı

Türkiyənin nikahla bağlı islahatları ölkədə kəskin etirazlarla qarşılanıb.
Türkiyə parlamenti müftilərə rəsmi dövlət nikahını qeydə almaq hüququ verən qanun qəbul edib. Yerli medianın xəbərlərində deyilir ki, Böyük Millət Məclisinin sessiyasında “Vətəndaşlıq Xidmətləri Qanununa” dəyişiklik edilib. Qanunun müftülərə rəsmi nikah bağlama hüququ verən 6-cı maddəsi qəbul olunub.
Qanun parlamentdə də müxalif partiyaların etirazına səbəb olub.
Əsas müxalifət partiyası CHP-nin millət vəkili Senal Sarihan yeni qanunun qadın hüquqlarını müdafiə edən dünyəviliyə ciddi hədə törətdiyini bildirib.
Ən böyük narahatlıq azyaşlıların evlədirilməsidir. Qadın hüquqları müdafiəsi qrupları bu problemin ölkədə onsuz da çövcud olduğundan şikayətlənir.
Prezident Rəcəb Tayyib Ərdoğan isə islahatları dəstəkləyərək, bütün tənqidləri rədd edib./amerikaninsesi.org/