Türkiyənin nəhəng HAVA ƏMƏLİYYATI: 20-dən çox döyüş təyyarəsi bombaladı

Baxış sayı:
5065

Türkiyənin müdafiə naziri Hulusi Akar İraqın şimalındakı hədəflərə qarşı hava hərəkatını TSQ-nin Hava Qüvvələri Hərəkat Mərkəzindən izləyib. Karacak dağı bölgəsinin ilk dəfə vurulduğu hava hərəkatında 20-dən çox döyüş təyyarəsi, İHA və tankerlər iştirak edib. Basqın üslubunda həyata keçirilən hərəkat çərçivəsində 30-dan artıq hədəf məhv edilib, sərhəddən 180 km içəridəki Karacak dağı rayonu ilk dəfə vurulub. BU MİSSİYA BİTDİ, NÖVBƏTİ VƏZİFƏLƏR ÜÇÜN HAZIR OLACAĞIQ Hədəflər xüsusi xidmət orqanları ilə koordinasiyalı şəkildə təsdiq olunub, dinc əhalinin təhlükəsizliyi ilə ətraf mühitin qorunması mövzusunda ən yüksək səviyyədə həssaslıq göstərilib. Müdafiə naziri Hulusi Akar, "Bu missiya bitdi, bundan sonrakı vəzifələr üçün də hazırlıqlarımızı eyni ciddiliklə, səmimiyyətlə edərək hazır olacağıq" deyə açıqlama verib. Müxalifət.az