Türkiyənin ən yaxın dostu və düşməni hansı dövlətdir? - SORĞU

Baxış sayı:
9001

Türkiyədə sosioloji sorğu keçirilib "Türkiyənin ən yaxın dostu hansı ölkədir?" sualına iştirakçılar keçən ilə nisbətdə 10,6 faizlik artımla yenə "Azərbaycan" cavabını verib. Ötən il 59 faizlik bir təbəqə Azərbaycanı "ən yaxın dost ölkə" olaraq xarakterizə edərkən, bu il anketə qatılanların 65,3 faizi “ən yaxın dostumuz Azərbaycandır” deyib. Azərbaycanı azalan nisbətlərdə Türk Kipri və Orta Asiyadakı Türk Respublikaları müşayiət edib.
 
Bundan başqa, Türkiyə üçün təhdid olaraq görülən ölkələr arasında isə keçən il iştirakçıların 60,2 faizi ABŞ cavabını verərkən, bu il iştirakçıların 81,3 faizi ABŞ-ı Türkiyə üçün təhdid olaraq gördüyünü ifadə edib. Bənzər şəkildə ötən il iştirakçıların 54,4 faizi İsraili təhdid olaraq görərkən, bu il isə iştirakçıların 70,8 faizi yenə İsraili ikinci sıraya yerləşdirib.
Müxalifət.az