Türkiyənin ən böyük çadır şəhərciyi boşaldılır

Baxış sayı:
5680

Türkiyənin ən böyük çadır şəhərciyi sayılan Suruç Çadır Şəhəri Müvəqqəti Sığınacaq Mərkəzi boşaldılacaq.
Muxalifet.az xəbər verir ki, suriyalı qaçqınların məskunlaşdığı çadır şəhərciyi AFAD-ın koordinasiyası ilə qurulmuşdu.
35 min suriyalının yerləşdiyi düşərgə 21 iyun tarixinə qədər tamamilə boşaldılacaq.
Bu qərarın hansı səbəbdən verildiyi məlum deyil.