Türkiyənin müdafiə nazirindən ABŞ-a xəbərdarlıq

Baxış sayı:
4054

Türkiyə, Amerikanın Suriyada terrorçulara verdiyi dəstəkdən narahat olduğunu tez-tez dilə gətirir.
 
Suriyada 8 ildir davam edən daxili müharibəyə öz mənfəətləri istiqamətində yön vermək istəyən Amerika, regiondakı terrorçu qruplara açıq bir şəkildə dəstək verir.
Bu terror təşkilatlarından biri də, Türkiyədə qanlı hücumlar təşkil edən PKK-nın Suriyadakı davamı YPG-dir.
Təşkilata minlərlə TIR dolu silah və hərbi texnika göndərən Amerika, Türkiyəylə olan münasibətlərin gərginləşməsinə səbəb olub.
 
TERRORÇULARA DƏSTƏYİ KƏSİN
 
Amerikalı səlahiyyətlilərlə keçirdiyi görüşlərdə bu dəstəyin kəsilməsini davamlı təkrarlayan Türkiyənin müdafiə naziri Hulusi Akar, NATO Müdafiə Nazirlərinin İclası çərçivəsində NATO-Gürcüstan Komissiyasının İclasında iştirak edib.
 
İKİTƏRƏFLİ SÖHBƏTLƏR
 
Qara dəniz təhlükəsizliyi və regional məsələlərin də müzakirə olunduğu iclas ərəfəsində nazir Akar, NATO baş katibi Jens Stoltenberglə yanaşı, aralarında ABŞ müdafiə naziri Ceyms Mattisin də olduğu bəzi nazirlərlə söhbət edib. Akar, Ceyms Mattislə söhbətdə “Terrorçulara yardımı kəsin” xəbərdarlığını yeniləyib.
Müxalifət.az