Türkiyənin əməliyyatı qorxutdu: HƏRƏKƏTƏ KEÇDİLƏR

Baxış sayı:
2938

Azad Suriya Ordusunun(ASO) sözçüsü minbaşı Yusif Hamud əməliyyatın planlarının detallarına dair “Yeni Şəfəq” qəzetinə mühüm məlumatlar verib.
 
Cerablus sərhədindən başlayaraq Rəsul Ayn-a uzanan 165 kilometrlik dəhlizin ilk təmizlənəcək bölgə olduğunu bildirən Hamud, "Bu hərəkat üçün 6 aydır ki, hazırlaşırdıq. PKK Afrindən daha böyük bir məğlubiyyət yaşayacaq" deyib. İlk müdaxilə nöqtəsi kimi Tel Abyadın müəyyənləşdirdiyini bildirən Hamud, Afrin və “Fərat Qalxanı” təcrübəsinin əhəmiyyətli olduğunu, ancaq terror təşkilatı PKK-nı bu dəfə təəccüblü sürprizlərin gözlədiyini qeyd edib.
"4cü korpusdan 15 min əsgər hazır vəziyyətdə hərəkat əmrini gözləyir. Prosesin gedişinə görə, yeni qoşunlar cəbhə xəttinə sövq ediləcək. Hücum üçün ilk giriş dəhlizləri də müəyyən olunub" deyən ASO sözçüsü, belə söyləyib:
 
PARÇALANMA LAYİHƏSİNİN SONU
 
"PKK-nı əməliyyat qorxusu bürüdü. Hərəkat açıqlamasından sonra daha 48 saat keçmədən 200-dən çox PKK-lı təşkilatdan qaçıb. Yüzlərlə PKK-lı Münbiç və Cerablus xəttindən bizim bölgəyə keçmək üçün fürsət axtarır. Minlərlə terrorçu də kütləvi olaraq təşkilatdan qaçacaq. Bunu bilirlər və bu səbəblə mülki əhalini girov saxlayırlar. Bütün bölgələrdə nəzarətlər tətbiq edərək giriş çıxışlara sıx nəzarətçilər qoyublar. PKK-nın vasitəsi ilə Suriyanın parçalanma layihəsini Allahın izni ilə bu əməliyyatla sona çatdıracağıq və xalqımız yenidən evlərinə qayıdaraq bir və bərabər yaşamağa davam edəcək".
 
REJİMİ QORXU BÜRÜDÜ
 
Əməliyyat qərarı Fəratın şərqində yerləşən rejim qüvvələrini də təlaşlandırıb. Hasəkədəki rejim qüvvələri tərəfindən Şama göndərilən hesabatda, bölgə xalqının Türkiyənin yanında yer alacağı bildirilib. Hesabatda Tel Abyad, Rəsul Ayn, Deyrizor və Rakkanı da içinə alacaq şəkildə böyük miqyaslı üsyan dalğasının başlayacağı, bu üsyanın rejimin hərbi varlığını da təhdid edə biləcəyi, təcili fəaliyyət planı hazırlanması lazım olduğu ifadə edilib.
 
SƏUDİYYƏ-BƏƏ DÖVRƏDƏ
 
Türkiyənin hərəkat bəyanatı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tandemini narahat edib. Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının (SMDK) keçmiş sədri Əhməd Carba və SMDK keçmiş üzvü Nevaf Bəşir ilə əlaqəyə keçən iki ölkə regiondakı Ərəblərə, "Türkiyənin yanında yer almayın" deyə çağırış edib. İki ölkə nümayəndələri "Müharibədə dağıdılan rayonların abadlığına yardımçı olacaq, xəstəxana və məktəbləri yenidən inşa edəcəyik. Təhlükəsizlik baxımından polis, əsgər nə lazımdırsa, biz təmin edəcəyik" vədini verib. Səudiyyənin təsir altına almaq istədiyi Şammar tayfasının bəzi ünsürləri istisna olmaqla bölgə xalqının böyük bir hissəsi Türkiyəni dəstəkləyir.
Müxalifət.az