Türkiyənin əməliyyat qərarı Səudiyyə Ərəbistanı və BƏƏ-nin planını pozdu!

Baxış sayı:
7315

Türkiyənn dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Fəratın şərqində PKK/YPG-li terrorçulara əməliyyat siqnalı verməsi Ərəb dünyası tərəfindən də yaxından izlənilir.
 
Məlum olduğu kimi, o bölgədə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də fəaliyyətləri var. Səudiyyə terror təşkilatı YPG-yə pul yardımı etdiyi bildirilir.
Bu səbəbdən Türkiyənin bölgəyə əməliyyatı regionda maraq axtarışında olan Səudiyyə və BƏƏ-ni də narahat edir.
Bu səbəbdən ölkədəki qəzetlərdə Türkiyənin terror təşkilatlarına qarşı əməliyyatla bağlı şərhlər verilib. Məsələn, “Əl Savra” qəzetində "Türkiyənin əsas məqsədinin Suriyada nəzarəti genişləndirmək olduğu və bu səbəbdən əməliyyat aparmaq istədiyi" yazılıb.
 
Hərəkatın səbəbi Səudiyyə Ərəbistanı və BƏƏ
 
“Rai Al Youm” qəzeti isə Türkiyəni bu dəfə hərəkata başlamağa vadar edən səbəbin bölgədəki Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) fəaliyyətləri olduğunu yazıb.
 
ABŞ-ın maraqları xofu
 
Səudiyyənin “Əl Həyat” qəzeti də, Türkiyənin Şimali Suriyada daha bir əməliyyat keçirməsinin ABŞ-ın oradakı strategiyasına zidd olduğunu yazıb.
Müxalifət.az