Türkiyənin milli avtomatı NATO-nun 42 testinin hamısından keçdi

Baxış sayı:
3985

Türkiyənin hərbi sənayesinin milli istehsalı olan MPT 76 avtomatı NATO-nun müəyyən etdiyi 42 standart testinin hamısını keçən ilk silah olub. Muxalifet.az avropa.info-a istinadən xəbər verir ki, bu barədə Türkiyə parlamentinin Milli müdafiə komitəsinin sədr müavini Refik Özen danışıb. “MPT 73 NATO-nun müəyyən etdiyi 42 kriteriyasına cavaba verə bilən dünyada tək silahdır. Buy fəaliyyət, xüsusilə 75%-i yerli istehsal hesabına təmin olunan müdafiə məhsulları bizim bu sahədə nə qədər uğur qazandığımızı göstərir. Keçən həftə milli hava nəqliyyatı firması YUSAŞ-a getdik. Beşinci nəsil milli döyüş təyyarəsi olacaq TF-X-in ilk uçuşunu 2026-cı ildə həyata keçirmək istəyirik” – o, belə deyib.