​Türkiyənin istəyi üçün əlimizdən gələni edirik - Rusiya

Baxış sayı:
5179

Rusiya S-400 havadan müdafiə sistemini Türkiyəyə daha yaxın bir vaxtda təhvil vermək üçün əlindən gələni edir.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov çıxış edib.
2020-ci ilə qədər S-400-ləri Türkiyəyə vermək üçün çalışdıqlarını deyən Uşakov məsələnin Türkiyə tərəfindən gündəmə gətirildiyini söyləyib: "Türkiyənin istəyini qarşılamaq üçün səy göstərəcəyik. Ankara müqavilə çərçivəsində 4 ədəd S-400 batareyası üçün Rusiyaya 2,5 milyard dollar ödəyib. Bu məbləğin bir qismi Rusiyadan alınan kreditlə həyata keçirilib".