Türkiyənin İraqdakı hərbi bazasının YENİ STATUSU VƏ HƏDƏFLƏRİ

 İraqın Başika bölgəsində İŞİD ilə mübarizə çərçivəsində fəaliyyət göstərən Türk hərbi bazasının artıq Şimali İraqdakı qeyri-qanuni referendumla statusu da dəyişir
 
Müxalifət.az bildirir ki, bu barədə Türkiyə KİV-i yazıb.
 Habur Sərhəd Qapısından istifadə edərək Türkiyə ilə İraq arasındakı bütün ticarəti nəzarəti altında saxlayan Bərzanini Ərbilə sıxışdıracaq Ovaköy-Tel Afer-Mosul yolunda artıq planlar aydınlaşır. 25 sentyabrdakı qanunsuz referendumun memarına ən böyük cavab qısa müddətdə bitirilməsi gözlənilən Ovaköy xətti olacaq. Türkiyə ordusu ticarət yolunu İraq ordusu ilə birlikdə qorumaq üçün Zahodan Feyş Habur, oradan da Mosul Bəndinin qərbinə qədər geniş bir sahəni həm PKK-dan, həm də Peşmərgə güclərindən təmizləyəcək.
Türkiyə Sərhəd qapılarını qorumaq üçün Başika Düşərgəsini "mərkəzi hərbi baza” halına gətirəcək. Ovaköyün İraq girişindən Mosul yaxınlarına qədər olan 120 kilometrlik yolu Türk şirkətləri bir neçə ay ərzində tamamilə inşa edəcək. Eyni layihə çərçivəsində Dəclə üzərinə bir də körpü inşa ediləcək. Gündəlikdə yalnız Ovaköy yoxdur. Prezident Ərdoğan Serbiya səfərindən qayıdarkən təyyarədə verdiyi açıqlamada Ovaköy xaricindəki iki ayrı marşruta da diqqət çəkdi. Bunlardan biri, İrana gedən sərhəd qapısıdır. Ərdoğanın işarə etdiyi yerin Esendere olması təhmin edilir. Ərdoğanın diqqət çəkdiyi digər istiqamət isə Suriyada “Fərat Qalxanı” bölgəsindəki Azezdir.


 
 İRANLA RAZILAŞDIQ SONLARI YAXINDIR
 
 Mosul-Tel Afer bölgəsindəki Başika hərbi bazasının yenidən qurulmasına dair hərbi mənbələrdən bəzi məlumatları əldə mümkün olub: "Artıq Türkiyə Şimali İraqın yerləşdiyi regiondakı düşərgələrə qarşı bir strategiya hazırlamalı, yeni hədəflər müəyyən etməlidir. Bu düşərgələri Bərzani tərəfdaşlığından çıxarmaqla Bərzanini cəzalandırmalı və yenidən yerləşəcək nöqtələri seçərək İraq hökumətilə razılaşdırmalıyıq. Ayrı-ayrı yerlərdə yerləşən 6-dək hərbi düşərgələri bir nöqtəyə toplayaraq böyük bir hərbi baza yaratmaqla bölgənin ərazi bütövlüyünü təmin edəcək bir zəmanətə çevrilməliyik. Və bunun ciddi strateji töhfələri olacaq. Həm yeni ticarət yollarının təhlükəsizliyi təmin ediləcək, həm Sincar bölgəsindəki olan terrorçu yuvalarını yox edəcək hərəkati asanlaşdıracaq, həm də PKK terror təşkilatının Suriyadakı PYD ilə əməkdaşlıq kanalnıı zəiflətmiş olacaq və terror dəhlizi üçün artıq heç kim addım atmağa cəsarət etməyəcək. Dolayısıyla Türk əsgərinin Şimali İraqda və Başikadaki varlığının Tel Afer bölgəsində birləşdirilmiş olaraq fəaliyyətə keçməsi hər baxımdan strateji əhəmiyyətə malikdir. Hazırda Türkiyə İran ilə hərbi anlaşma çərçivəsində İraqın şimalındakı terrorçuların sonu yaxınlaşmışdır. Artıq istiqamət Sincara çevrilib və burada İranla hərbi əməkdaşlıq çərçivəsində bölgə terrorçulardan tezliklə təmizlənəcəkdir".
Müxalifət.az