Türkiyənin İraq kürdləri üzərində 2 əhəmiyyətli təsir imkanı

Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, analitiklərə görə, hərbi həmlələr xaricində Türkiyənin əlində Şimali İraqa iki mühüm təsir imkanı daha var.
 
 Bunlardan birincisi ticari sanksiyadır. Belə ki, IKBY-nin ən mühüm və karlı neft və təbii qaz satış marşrutu Türkiyədir. “AFP”-nin və “Financial Times”-ın xəbərlərində aparılan təhlillərə görə IKBY-də gündə 600 min barel neft istehsal olunur ki, bunun da 550 min barreli Türkiyə üzərindən satılır. Bu neftin 250 min barrelinin də Türkmən əhalinin yerləşdiyi Kərkük bölgəsindən buraxıldığı bildirilir. Digər tərəfdən, kölgə MKİ adlandırılan “Stratfor”un son dərc olunan hesabatında da işarə edildiyi kimi, bölgə su mənbələri baxımından xeyli çətinliklə üz-üzədir. Regionun su ehtiyatları Türkiyədən mənbəyini götürür. Türkiyə sahib olduğu bəndlər vasitəsilə istədiyi zaman IKBY-nin suyunu azalda, yaxud kəsə bilər.
 
 ÖLKƏDƏ ƏN PİS BÖHRAN YAŞANIR

2005-dən bəri İraq Konstitusiyasına görə muxtar bölgə sayılan IKBY qısa tarixinin ən ciddi iqtisadi böhranını yaşayır. Düşən neft qiymətləri, mərkəzi hakimiyyətdən verilən gəlirlərin azalması, terror təşkilatı İŞİ-lə mübarizəyə ayrılan vəsaitlər və zorakılıq üzündən qaçıb bölgəyə gələn təxminən bir milyon qaçqının yükü, IKBY-nin belini bükmüş haldadır. Dövlətdə maaşlar da ödənilmir. Bu səbəblə Bərzaninin, diqqətləri iqtisadiyyatdan başqa tərəfə döndərmək və müxalifətə qarşı cəbhə qazanmaq üçün referendumda israr etdiyi də şərhlər arasındadır.
Müxalifət.az