Türkiyənin incə “Suriya” diplomatiyası: Yuxarı bığ, aşağı saqqal

Baxış sayı:
289

Suriya problemi qordi düyününə çevrilib. Türkiyənin bu yöndə həm öz təhlükəsizliyi, həm də Suriyanın gələcəyi baxımından necə bir addım atması xüsusi önəm daşıyır. Belə olan vəziyyətdə təhlükəsiz bölgə məsələsi Türkiyənin incə bir diplomatiya izləməsini tələb etməkdədir. Göründüyü kimi, Suriyadakı prosesin iki əsas həlledici aktyoru ABŞ və Rusiya öz gündəmlərini Türkiyəyə qəbul etdirməyə çalışmaqdadırlar. Bir tərəfdə ABŞ, Türkiyə ilə PYD/YPG arasında bilvasitə də olsa, uzlaşma təmin edilməsi üçün çalışmaqdadır, digər tərəfdə Rusiya, Türkiyənin Əsəd rejimini yenidən tanıması üçün məşğul olmaqdadır. ABŞ S-400 məsələsiylə Türkiyəni küncə sıxışdırmaq istəyərkən, Rusiya İdlib üzərindən Türkiyəyə təzyiqini artırmaqdadır. Problem çox ölçülü və əhatəlidir. Tərəflər arasındakı bazarlıqlar çox kompleks şəkildə iç içə keçmiş olan çox fərqli məsələləri maraqlandırmaqdadır. Üstəlik, ümumiyyətlə Orta Şərqdə yaşanan isti gəlişmələr hər an üçün yeni dəyişikliklərin prosesə daxil ola biləcəyini göstərməkdədir. Qısası, Suriyanın şimalı həll edilməsi çətin bir düyünə bənzəməkdədir.
Müxalifət.az