Türkiyənin ilk qadın universiteti qurulur

Baxış sayı:
1645

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana 28-29 iyunda Osaka təşkil edilən G-20 Zirvəsi üçün Yaponiyaya etdiyi ziyarət əsnasında Mukogawa Qadın Universitetində fəxri doctor titulu verilmişdi. Ərdoğan burada təşkil edilən mərasimdəki çıxışında, "Qadın universitetlərini araşdırmaq surətiylə ölkəmdə də bununla bağlı addım atacağıq" demişdi.
 
Yaponiyadan qayıdış əsnasında təyyarədə açıqlama verən Ərdoğan, qadın universitetinin ona təsir etdiyini deyərək Türkiyə qayıdan kimi bu yöndə təlimatı verəcəyini bildirib. Yaponiyadan qayıtdıqdan sonra qatıldığı ilk proqramda, "G-20 zirvəsində Yaponiyadaydıq. Yaponiyada 800 universitet var. Bunlardan 80 dənəsi qadın universitetidir. Yəni yalnız qızlardan ibarət universitetdir. 80 universitetin bu şəkildə olması körpələr evindən etibarən ilk orta litsey və sonra universitet olmaqla, çox fərqli bir qurum ortaya qoyublar Yaponiyada. Bütün bunlarla birlikdə, bu sahədə atılan addımın bizlər üçün əhəmiyyət ifadə etdiyini bu anda Ali Təhsil Qurumunun rəhbərinə xatırladıram. İşi buna görə etsin" deyərək ilk təlimatı ictimaiyyət qarşısında vermişdi.
 
YAYILACAQ
 
Ərdoğanın Yaponiya səyahəti və sonra diqqət çəkdiyi ‘qadın universiteti' ilə bağlı addım atılması üçün Ali Təhsil Qurumunun işi başlatdığını bildirilib. Ərdoğan millət vəkilləriylə nahar əsnasında, Yaponiyada gördüyü mənzərədən təsirləndiyini deyərək Ali Təhsil Qurumunun bu mövzuda iş başladacağını və bir universitetin də hərəkətə keçəcəyini söyləyib. Ərdoğanın təlimatıyla Ali Təhsil Qurumunu edəcəyi işdə hansı universitetlərin tərkibində söz mövzusu tətbiqin başladıla biləcəyi araşdırılacaq. Nümunə olaraq bir universitetlə başlayıb, daha sonra digər universitetlərdə də yayılmasının söz mövzusu ola biləcəyi ifadə edilir.
Müxalifət.az