Türkiyənin İHA satışına Rusiyadan ilk təpki

Baxış sayı:
5461

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın dövlət başçısı Petro Poroşenkonun Türkiyədən Bayraktar İnsansız Hava Uçaqları (İHA) alacağı ilə bağlı açıqlama verib.
 
Ukraynanın daxili müharibə vəziyyətində olduğunu qeyd edən Zaxarova, İHA alışının Ukraynadakı böhranın dərinləşməsinə təsir etməməsinin lazım olduğunu söyləyib.
 
'İKİ ÖLKƏNİN DƏ HAQQIDIR'
 
 
Zaxarova silah ticarətinin hər iki ölkənin haqqı olduğunu vurğulayıb: “Ancaq problemin Ukraynanın silahlı bir böhranın, ya da bir vətəndaş müharibəsi içərisində olmasındadır. Bu daxili böhran beynəlxalq bir ölçüyə malikdir. Buna görə bəzi ölkələr və beynəlxalq təşkilatlar böhranı həll etmək üçün yalnız sülh yollarını müdafiə edirlər. İHA satışı Ukraynadakı böhranın dərinləşməsində bir amil olmamalıdır”.
Qeyd edək ki, daha əvvəl Ukraynanın dövlət başçısı Petro Poroşenko, Türkiyədən 12 ədəd Bayraktar İHA alacağını bildirmişdi.
Müxalifət.az