​Türkiyənin hərbi təyyarələri İraqın şımalında raket zərbəsi endirib

Baxış sayı:
6519

Türkiyə İraqın şimalında Metin regionunda PKK terrorçularının obyektlərinə raket zərbəsi endirib. “Anadolu” Milli müdafiə nazirliyinə istinadən xəbər verir ki, zərbə nəticəsində 2 terrorçu məhv edilib. Aviasiya “Pəncə” antiterror əməliyyatının ştabı ilə əlaqədə hərəkət edib. Türkiyə ordusu mayın 27-dən İraqın şımalında antiterror əməliyyatı keçirir. PKK silahlılarına qarşı aviasiyadan və artilleriyadan da istifadə olunur.