Türkiyənin həmləsi İsrail və BƏƏ-ni şoka saldı

Baxış sayı:
3985

Haber7-nin müəllifi Taha Dağlı, İsrail baş nazirinin Qaşıqçı böhranı ilə bağlı "baş verənlər dəhşətlidir, amma Səudiyyə Ərəbistanının sabitliyi davam etməlidir" açıqlaması ilə bağlı diqqət çəkən bir analiz qələmə alıb.
 
Taha Dağlı – Haber7.com
 
Maraqlıdır.
İsrail, Səudiyyə Ərəbistanının sabitliyindən yanadır.
Diplomatik heç bir əlaqəsinin olmadığı bir ölkənin sabitliyini qoruyur İsrailin baş naziri.
Netanyahunun marağında olan Səudiyyə Ərəbistanı deyil əslində.
İsrailin əməkdaşlıq edib, oldu-bitdi siyasətlərlə mənfəət əldə etdiyi nizamın ortağı da Səudiyyə Ərəbistanı deyil.
Ortada bir qrup var.
İsrail ilə BƏƏ bu qrupun başıdır.
Bir də onların tərəfdaşları var.
 ABŞ prezidenti Trampın kürəkəni Jared Kuşner ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman.
Qaşıqçı böhranında günah, necə birmənalı olaraq Səudiyyə Ərəbistanına aid deyilsə, İsrail-BƏƏ rəhbərliyindəki bu qrupun Qüds başda olmaqla, Yaxın Şərqdəki oldu-bitdi siyasətlərində də Səudiyyə Ərəbistanı rəhbərliyinin hamısını günahkar hesab edə bilmərik.
İsrail və BƏƏ-nin qurduğu bir mexanizm var.
Trampı kürəkəni vasitəsilə idarə edirlər.
Səudiyyə Ərəbistanı da oxşar şəkildə vəliəhd şahzadə üzərindən nəzarət altına almağa çalışdılar.
Bu kələk qurğuda İsrail-BƏƏ ikilisinin istifadə etdiyi bəzi üsullar da var.
Pul da vəd edirlər, güc də.
Bunu edərkən texnoloji kəşfiyyat vasitələrini işə salıb, "sənin düşmənlərin, onlar, dostların da bunlar, bax bütün ünsiyyət məlumatları bunları göstərir" kimi arqumentlərini dövrəyə soxurlar.
Qaşıqçı cinayəti məhz belə bir şəraitin nəticəsi kimi ortaya çıxdı.
Amma hesab etmədikləri bir şey oldu.
Türkiyəni də bu hiylə içərisinə soxub, ittiham etmək niyyətindəydilər, amma Türkiyə masanı tərsinə çevirdi, Netanyahu da o masanın altında qaldı.
Qaşıqçı böhranında ən son danışan İsrail oldu. Başından bəri heç danışmayan isə BƏƏ-dir.
Yaxında bəlkə BƏƏ-dən də Netanyahunun etdiyi kimi, bir açıqlama gələ bilər.
Çünki Türkiyə, bütün bu şəbəkəni ifşa etdi.
Qaşıqçı qətlində kimlərin barmağı var, kimlər istiqamətləndirmə etmişdir, ortaya çıxardı.
Kəndirin ucunu çəkəndə də İsrail və BƏƏ əməkdaşlığı da ifşa oldu.
O səbəblə Netanyahu, Səudiyyə Ərəbistanının sabitliyindən bəhs edir.
Müsəlmanların ən müqəddəs birinci və ikinci məkanlarına ev sahibliyi edən "hadim-ül Haremeyn" olan Səudiyyə Ərəbistanının sabitliyini, Müsəlmanların ən müqəddəs üçüncü yeri olan Məscid-i Aksay işğal edib, aradan qaldırmaq, sinaqoqa çevirməyə çalışan İsrail dəstəkləyir, buradan baxanda məsələ daha yaxşı görünür, güman edirəm.
Hazırladı: Müxalifət.az