​Türkiyənin hakim partiyasında ciddi dəyişikliklər gözlənilir

Baxış sayı:
1666

Bu saatlarda Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) VI qurultayı işə başlayır.
Muxalifet.az xəbər verir ki, qurultayda partiya sədrliyinə yeganə namizəd dövlət başçısı Rəcəb Təyyub Ərdoğandır.
Qurultaya HDB istisna olmaqla digər siyasi partiyalar dəvət edilib.
Tədbirdə 400 əcnəbi qonaq, 400-ə qədər vətəndaş cəmiyyəti təmsilçisi, 217 qazi, əlil və şəhid ailəsi üzvü, 124 xarici ölkə nümayəndəsi, 70 beynəlxalq təşkilat təmsilçisi, 38 xarici siyasi partiya dəvət edilib.
İlkin məlumatlara görə, qurultayda hakim partiyada ciddi dəyişikliklər baş verəcək. Xüsusilə, partiyanın Ali Şurasının tərkibinin ən azı 50 faiz dəyişəcəyi gözlənilir.
Qeyd edək ki, qurultayda AKP lideri, prezident Ərdoğanın geniş çıxış edəcəyi, əsasən iqtisadi mövzuda danışacağı gözlənilir.