Türkiyənin F-16 qırıcıları Azərbaycana gəldi - FOTO/VİDEO

Baxış sayı:
11674

“Turaz Qartalı - 2019” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 2-dən 16-dək keçirilən təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.