TÜRKİYƏNİN ƏDLİYYƏ NAZİRİ: “ABŞ sanksiyaları mənə heç nə edə bilməz”

Baxış sayı:
3442

ABŞ-dan Türkiyə ədalətinə və daxili işlərinə müdaxilə cəhdi

“Mənim bu torpaqda yaşayıb, bu torpaqda ölməkdən başqa arzum yoxdur. Mənim Türkiyədən xaricdə, istər ABŞ olsun, istərsə də başqa ölkədə bir quruşum da yoxdur”.

Muxalifet.az  hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyənin ədliyyə naziri Abdulhamit Gül ABŞ-ın Maliyyə Nazirliyinin ona qarşı tətbiq elədiyi sanksiyaların ona zərər vura bilməyəcəyini bəyan edib.

ABŞ Maliyyə Nazirliyi casusluqda ittiham edilən amerikalı keşiş Endrü Bransonun həbsi ilə əlaqədar Türkiyənin ədliyyə naziri Abdulahmit Gül ilə Türkiyənin daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiyalar tətbiq eləməyə başlayıb. Onların ABŞ-a getməsi qadağan edilib, Amerikadakı vəsaitlərinin dondurulacağı bildirib.

Gül ABŞ-ın istintaqın gedişinə zor gücü ilə mane olmaq cəhdinin ona heç bir zərər vurmayacağını bildirərək “Tvitter”dəki səhifəsində yazıb: “Mənim bu torpaqda yaşayıb, bu torpaqda ölməkdən başqa arzum yoxdur. Mənim Türkiyədən xaricdə, istər ABŞ olsun, istərsə də başqa ölkədə bir quruşum da yoxdur”.

Amerikalı keşiş 2016-cı ilin oktyabr ayından bəri Türkiyədə həbsdədir, iyul ayından bəri isə bu qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Branson FƏTÖ və PKK terror təşkilatları ilə gizli əlaqədə ittiham edilir.