​Türkiyənin Çindən təxliyə etdiyi azərbaycanlılardan xəbər var

Baxış sayı:
2962

Türkiyənin Çindən təxliyə etdiyi, aralarında azərbaycanlıların da olduğu 42 nəfərin heç birində koronavirus aşkarlanmayıb.
 
"Yeni Sabah" "Yeni Şafak"a istinadən xəbər verir ki, onlar 14 günlük karantin bitdikdən sonra evə buraxılıblar.
 
Bildirilir ki, azərbaycanlılar təyyarə rezervasiya ilə əlaqədar Türkiyədə bir gün artıq qalacaqlar. Onlar sabah vətənə qayıdacaqlar
 
Xatırladaq ki, fevralın 1-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus ambulans təyyarəsi Çinin Vuhan şəhərindən 42 nəfəri təxliyə edib. Onlardan 6-sı azərbaycanlı idi.