​Türkiyənin cavabı gecikmədi: Qüdslə bağlı qərar...

Baxış sayı:
4950

ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı son qərarını qınayırıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında yazıb.
“ABŞ administrasiyasının Qüdsü İsrail paytaxtı kimi tanımasını və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı verdiyi qərarını narahatlıqla qarşılayırıq və qınayırıq”, - XİN rəhbəri qeyd edib.
Qeyd edək ki, az öncə Tramp ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi ilə bağlı Dövlət Departamentinə təlimat verib.
Bununla da, rəsmi Vaşinqton Qüdsü rəsmi olaraq İsrailin paytaxtı kimi tanıdı.