​Türkiyənin bu addımı ABŞ-ın imicinə zərbədir - Ekspert

Baxış sayı:
6991

Vaşinqton mübarizə aparmadan kürdlərdən imtina etməz. Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi eskpert Vladimir Bruter ABŞ Prezidenti Donald Trampın Türkiyə ilə bağlı təhdidini şərh edərkən deyib. O bildirib ki, kürdlər ABŞ-ın müharibədə istifadə etdiyi ən önəmli silahdır: “Kürdlərə çox şeylər barədə vəd verilmişdi. Lakin bu vədlərdən heç biri yerinə yetirilmədi. Bu səbəbdən ABŞ Suriyadan əsgərlərini çıxararkən kürdlərə hücumun olmaması ilə bağlı təminat almaq istəyir”. Ekspert eyni zamanda əlavə edib ki, Türkiyənin S-400-dən imtina etməməsi ABŞ-ın imicinə ciddi zərbədir.