Türkiyənin başına 600 min qoyduğu terrorçu məhv edildi

Baxış sayı:
9490

Türkiyənin Tunceli bölgəsində təhlükəsizlik qüvvələrinin apardığı əməliyyat zamanı 4 terrorçu zərərsizləşdirilib.
Muxalifet.az xəbər verir ki, zərərsizləşdirilən terrorçulardan biri Türkiyə təhlükəsizlik qüvvələrinin uzun müddətdir qara siyahısında olub. Zərərsizləşdirilən terrorçu "Şilan Siirt" ləqəbli Zilan Tek olub. Onun başına 600 min türk lirəsi (təxminən 167 min AZN) qoyulmuşdu.
Bölgədə əməliyyatın davam etdiyi bildirilib.