Türkiyənin baş naziri Yıldırım SABAH AMERİKAYA GEDİR

FETÖ başçısının ekstradisiya edilmədiyi və viza böhranı səbəbilə ABŞ və Türkiyə münasibətlər tarixinin ən ağır günlərini yaşadığı bir zamanda Ankaradan Vaşinqtona əhəmiyyətli bir səfər baş verir. Baş nazir Binalı Yıldırım, Vaşinqtondan gələn dəvət üzərinə sabah ABŞ-a gedir. Səfər, Donald Tramp hakimiyyətə gələndən sonra Türkiyədən ABŞ-a baş nazir səviyyəsində həyata keçirilən ilk səfər olacaq. ABŞ vitse-prezidenti Mayk Pens ilə bir araya gələcək olan İldırımın həm Pens ilə olan görüşündə, həm də digər görüşlərində əsas müzakirə obyekti FETÖ başçısı Gülənin qaytarılması olacaq.
 Keçdiyimiz günlərdə məhkəmə qərarlarına istinad edən ədliyyə naziri Əbdülhəmid Gül, Gülənin ABŞ-dan ekstradisiyasına mane olacaq heç bir sənəd, prosedur, nöqsan qalmadığını bildirmişdi. Baş nazir İldırımın da Pensə bu yöndə xatırlatmalar edəcəyi və Türkiyənin ekstradisiya gözləntisini bir daha təkrar edəcəyi bildirilir.
Görüşlərdə digər bir mühüm məsələ viza böhranı olacaq. İldırımın tərəfkeşlərinə “viza” qadağasının ABŞ-a rasional olaraq heç nə vermədiyi, iki ölkənin vətəndaşlarına zərər verdiyini və buna tezliklə son verilməsi lazım olduğunu anladacağı bildirilir. 
Onu da xatırladaq ki, Yıldırımın səfəri ərəfəsində İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabın məhkəməsinin başlanacağı da gözlənilir. Amerikan mediası da bu haqda bir xatırlatma edərək məhkəmədə Rza Zərrabın hər şeyi etiraf edəcəyini yazmışdı. Bu xatırlatma ABŞ-ın Türkiyəyə bir xəbərdarlıq mesajı kimi dəyərləndirildi. Ona görə də bu məsələnin də görüşlərdə müzakirə edilə biləcəyi istisna edilmir.
Müxalifət.az