Türkiyənin Baş naziri də Ankara merini istefaya səslədi

Baxış sayı: 65

Türkiyənin Baş naziri Binəli Yıldırım Ankara meri İbrahim Melik Gökçeki istefa verməyə çağırıb. 
Trend-in məlumatına görə, B.Yıldırım İ.Gökçekin hökumətin tələbini yerinə yetirəcəyinə ümid etdiyini bildirib. 
Bu tələbin səbəbi barədə məlumat verilmir. 
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti də meri istefaya getməyə çağırmışdı.