Türkiyənin axtarışa verdiyi şəxs Küveytdən Bakıya gələndə tutuldu
20-01-2020 19:02
Baxış sayı:
2449
Türkiyə dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Bakıda tutulub.
37 yaşlı Türkiyə vətəndaşı Dinçer Mazlum Küveyt - Bakı reysi ilə Azərbaycana gələn zaman hava limanında saxlanılıb.
Həmin şəxs Türkiyədə şantaj və digər ağır cinayət işlərinə görə axtarışda olub.