​Türkiyənin ATV telekanalında BİABIRÇILIQ: Fəridənin 5 kişi ilə... - VİDEO

Baxış sayı:
805

Türkiyənin ATV telekanalında Müge Anlının təqdimatında yayımlanan "Tatlı Sert" proqramında axtarılan Fəridə Ercanın özündən kiçik 5 oğlanla cinsi əlaqədə olduğu ortaya çıxıb.
Muxalifet.az Haberler-ə istinadən xəbər verir ki, özündən kiçik oğlanlarla intim əlaqədə olan Fəridə adlı qadının başına gəldiyi iddia edilən digər hadisələr də qan dondurub.
Fəridə Ercanın 20 yanvardan bəri yoxa çıxdığını söyləyən ailəsi onun harada olduğunu bilmədiklərini deyiblər. Müge Anlı və ekibi isə Fəridəni axtararkən yeni bir tükürpədən faktın üstünü açıblar. Sosial şəbəkədə tez-tez kişilərlə tanış olub görüşən 55 yaşlı Fəridənin sevgililərindən biri olduğu iddia edilən evli və 2 uşaq atası Hikmet Yalçınkaya scanlı yayıma qatılıb. Digər sevgililəri isə telefonla əlaqə saxlayaraq sualları cavablandırıblar. Efirə çıxan Hikmetin yoldaşı isə aldadıldığını canlı yayımda öyrənib.
Bir başqa iddia isə Fəridə Ercanın Konyada başqa bir kişi ilə birlikdə olduğu, hətta ondan hamilə qaldığı barədə məlumatlardır. İsminin Emre olduğu deyilən şəxs, Fəridə ilə görüşdüyünü, lakin aralarında intim münasibət olmadığını bildirib. O, Fəridənin üzünü yalnız iki dəfə gördüyünü qeyd edib.
Qan donduran iddia isə ismini vermək istəməyən bir qonşu tərəfindən olub. O, Fəridənin döyüldüyünü və təcavüzə məruz qaldığını bildirib. Qonşu Fəridənin küt alətlə döyülərək bədəninə ciddi xəsarət yetirildiyi, hətta üzündə siqaret söndürüldüyünü də iddia edib.