Türkiyənin ATAK vertolyotlarından ABŞ niyə qorxur? – RUS EKSPERT AÇIQLADI

Baxış sayı:
5308

ABŞ-ın Türkiyənin Pakistana 1.5 milyard dollarlıq ATAK hücum vertolyotunu ixrac etməsinə mane olacağı xəbərlərinə Rus hərbi mütəxəssis Boris Aleksandroviç Rojin münasibət bildirib.
 
Sputnik-ə danışan Rojin, Pakistanın Çinlə müdafiə sahəsində sıx əməkdaşlıq etdiyinə diqqət çəkərək, "Əgər ATA hücum vertolyotlarında Vaşinqtonun ABŞ və NATO ölkələri üçün dəyərli hesab etdiyi bir şeylər varsa, Çinin Pakistan üzərindən bu texnologiyaları ələ keçirməsindən narahat ola bilər. Bu, Vaşinqtonun müqaviləni əngəlləməsi üçün əsas ola bilər" deyib.
 
ABŞ, TÜRKİYƏYƏ TƏZYİQ GÖSTƏRƏCƏK
 
ABŞ-ın silah bazarındakı qaydaları diktə etmə istədiyinə diqqət çəkən Rojin, bunları deyib:
“ABŞ, Yaxın Şərqdəki tənzimləyici rolunu davam etdirmək istəyərkən Türkiyənin müstəqil hərəkət etmək cəhdləri, ABŞ tərəfindən irəli texnologiya silah daşıması sahəsindəki sarsılmaz sistemin zərər görməsi kimi qəbul edilə bilər. ABŞ, Türkiyənin hazırkı mövqeyi ucbatından silah bazarındakı mövcud bölgünü qorumağa yönəlik yeni maraqları ola bilər. Bu səbəblə, ABŞ, Türkiyəyə təzyiq göstərə bilər".
 Müxalifət.az