Türkiyənin Avropa İttifaqı üzvlüyünə qarşılıq hədsiz şərtləri açıqlandı

Baxış sayı:
4756

 Avropa Parlamentinin ortaya qoyduğu şərtlərdən sonra Avropa İttifaqından da hədsiz açıqlamalar gəlməyə başlayıb.
 
Türkiyə ilə Avropa Birliyi arasında davam edən danışıqlar 57-ci ilini də geridə qoyub.
Türkiyənin üzvlüyünü müxtəlif bəhanələrlə qəbul etməyən Aİ rəsmiləri, hər dəfə başqa şərtlər irəli sürməyə başlayıb.
Son şərtlər isə Türkiyənin təpkisinə səbəb olub. Son tələblər bunlardır: Müqəddəs Sofiya məbədi məscid olmayacaq, Türk əsgəri Suriyadan çəkiləcək, Kiprdəki hərbi mövcudluğa son veriləcək.
Avropa Parlamentinin hesabatının təsdiqlənməsindən sonra açıqlama verən Aİ Türkiyə Nümayəndə Heyətinin sədri Berger, viza sərbəstliyi və üzvlük üçün Türkiyəyə təqdim olunan şərtləri xatırladıb.
“Vacib olan şeylər var" deyən Berger, bu məsələlər tamamlandıqdan sonra vəziyyətin yenidən müzakirə olunacağını deyib.
Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti Üzrə Ali Nümayəndəsi Federica Mogherini də Türkiyənin üzvlüyü üçün Avropa Parlamentinin ortaya qoyduğu şərtləri irəli sürüb.
Mogherini Türkiyənin şərtləri yerinə yetirdiyi təqdirdə AB ilə müzakirələrin qaldığı yerdən davam edə biləcəyini dilə gətirib.
Müxalifət.az