​Türkiyənin AB-yə üzvlüyü dayandırıldı: son 10 il...

Baxış sayı:
3988

Avropa Birliyinin icraçı orqanı Avropa Komissiyasının 2021-2027-ci illər üçün hazırladığı büdcə təklifi Türkiyənin tam üzvlük perspektivinin daha da zəiflədiyini ortaya çıxardı.
Muxalifet.az xəbər verir ki, bu barədə Almaniyanın "Doyç Velle" qəzetində məqalə dərc edilib.
Qeyd edilir ki, sözügedən dövr ərzində Avropa Komissiyası tərəfindən ümumilikdə 12 milyard 865 milyon avro ayrılıb. Daha öncə isə 2014-2020-ci il üçün bu rəqəm 11 milyard 698 milyon avro idi.
Mütəxəssislər bu rəqəmlərin AB-nin daha 10 il ərzində Türkiyənin AB-yə üzvlüyünü real hesab etmədiyini bildirib. Hətta Türkiyəyə ayrılan maliyyə yardımının da dayandırılması barədə xəbərdarlıq edilib.