Türkiyənin 7 əsgəri şəhid oldu - Yenilənib

Baxış sayı:
4135

Türkiyənin Batman vilayətinin Hasankeyf bölgəsində törədilən partlayış nəticəsində şəhid olan hərbçilərin sayı 7-yə çatıb.
Muxalifet.az xəbər verir ki, partlayış nəticəsində yaralanan 5 hərbçidən 3-ü yerləşdirildikləri xəstəxanada dünyasını dəyişib.
Yaralanan 2 əsgərin vəziyyəti ilə bağlı məlumat verilmir.

***
09:55

Türkiyənin Batman vilayətinin Hasankeyf bölgəsində yol tikintisində təhlükəsizliyi təmin edən əsgərlər tələyə salınıb. 
Muxalifet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yoldan hərbi avtomobillərin keçidi zamanı partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 əsgər şəhid olub, 5-i yaralanıb. Hazırda bölgədə antiterror əməliyyatları keçirilir.