​Türkiyənin 10 şəhərində əməliyyat - FETÖ-yə qarşı...

Baxış sayı:
781

Türkiyənin 10 şəhərində polis FETÖ şəbəkəsinə qarşı növbəti əməliyyat keçirib.
Muxalifet.az xəbər verir ki, Ankara, Burdur, İsparta, Əskişəhir, Bitlis, Şanlıurfa, Kastamonu, İzmir, Ağrı və Bursada təşkil edilən əməliyyatlarda 10 yüksək rütbəli hərbçi və 3 kursant saxlanılıb.
Şübhəli şəxslərin İsparta şəhərinin mərkəzinə gətirildiyi və barələrində istintaqın başladıldığı deyilib.