Türkiyəni təhdid edən ABŞ-a CAVAB VERİLDİ

Baxış sayı:
4630

Türkiyə Müdafiə Sənayesinin rəhbəri İsmayıl Dəmir, Türkiyə Rusiyadan S-400 almaması üçün təhdid edən Amerikalı nazir Wess Mitçellə, "Vaşinqtonun xəbərdarlıqlarına əhəmiyyət vermirik" cavabını verib.
 
ABŞ-ın Türkiyəyə Rusiyadan S-400 aldığı təqdirdə problem yaradacağı iddiasına Müdafiə Sənayesinin rəhbəri  İsmayıl Dəmir cavab verib. Rus mətbuatına açıqlama verən Dəmir, "S-400 müqaviləsi, Rusiya və Türkiyə liderlərinin həyata keçirdiyi bir müqavilədir" deyə, söyləyib.

TÜRKİYƏ SUVEREN BİR ÖLKƏDİR
 
ABŞ xarici işlər nazirinin müavini Wess Mitçellnın, Türkiyənin Rusiyadan S-400 aldığı təqdirdə ABŞ-ın F-35 təyyarələrinin təhvil verilməməsi ilə bağlı məsələ qaldıracağı istiqamətindəki açıqlamasına Rus mətbuatında münasibət bildirən Müdafiə Sənayesinin rəhbəri İsmayıl Dəmir, “Türkiyə suveren bir ölkədir və milli maraqlarına ən uyğun qərarları alır" deyə. söyləyib.
 
 ƏMƏKDAŞLIĞIMIZ İKİ MƏCRADA DA DAVAM EDƏCƏK
 
S-400 müqaviləsinin Rusiya və Türkiyə kimi iki ciddi ölkənin liderlərinin imzaladığı bir müqavilə olduğunu dilə gətirən Dəmir, “S-400-lər və F-35-lər iki fərqli şeylərdir. ABŞ-la F-35-lər məsələsində əməkdaşlıq edirik və əməkdaşlığımızı hər iki məcrada da davam etdirəcəyik" deyib.
Türkiyənin Rusiyadan 2 S-400 batareyası alacağını və sistemin Türk hərbi personalı tərəfindən işlənəcəyini ifadə edən Dəmir, "S-400 müqaviləsi plan daxilində tətbiq olunur. İlk partiya 2019-cu ilin iyulunda təslim ediləcək" deyə, bildirib.
Müxalifət.az