Türkiyəni QARIŞDIRMA PLANI!

Baxış sayı:
5098

ABŞ-dakı Səudiyyə lobbisindən olan Saudi American Public Relation Affairs Committee (SAPRAC) şirkətinin təsisçisi və sədri Salman Al-Ənsari, körfəz ölkələri və öz ölkə vətəndaşlarını xüsusilə də bu yaz heç vaxt Türkiyəyə getməmələri barədə xəbərdarlıq etməsi diqqətlərdən yayınmayıb.
 
2016-ci ildə ABŞ-ın paytaxtı Vaşinqtonda qurulan Saudi American Public Relation Affairs Committee (SAPRAC) şirkətinin Səudiyyə Ərəbistanlı qurucusu və sədri Salman Al-Ənsari sosial media hesabı Twitter üzərindən Türkiyə ilə bağlı paylaşma edib.
 
XÜSUSİ İLƏ DƏ BU YAY TÜRKİYƏYƏ GETMƏYİN
 
Ansari, bölüşdüyü mesajda, “Türkiyədə pis bir şey olacaq. Bir Səudiyyə vətəndaşı olaraq Səudiyyəyə və Körfəz ölkələri vətəndaşlarına tövsiyəm budur ki, xüsusilə də bu yay Türkiyəyə getməyin. Bunun səbəbi turistlərə və Körfəzli investorların məruz qaldığı oğurluq və ya Ankaradakı siyasi qeyri-sabitlik deyil. Daha başqa bir çox təhlükəli səbəblər var" deyərək, dolayısı ilə Türkiyədə bir terror aktı olacağı işarəsini verib.
 
FİKİR FORMALAŞDIRMAĞA ÇALIŞIRLAR
 
Daha əvvəl də dəfələrlə Türkiyə üzərindən "hücum olacaq" kimi təxribatlar edilmiş, ABŞ başda olmaqla, bir çox Avropa ölkəsi Türkiyəyə səyahət etməmək xəbərdarlığı etmişdi. Ancaq Qərb və onun bu çirkli qavrayışları alınmamış və Türkiyə tərəfindən sərt bir dillə tənqid edilmişdi.
 
TÜRKİYƏ CAZİBƏ MƏRKƏZİ HALINA GƏLDİ
 
Türkiyə, Ərəb dünyasının ən önəmli cazibə mərkəzinə çevrilib. Türkiyə həm qış, həm də yay aylarında bir çox Ərəb turistin başda İstanbul olmaqla, ilk sırada üstünlük verdiyi ölkə mövqeyindədir.
ABŞ-dakı Səudiyyə lobbisinin sədrinin belə bir iddiasının məhz turist axınının başlayacağı bir zamanda edilməsi təbii ki, diqqət çəkməyə bilməz.
Müxalifət.az