Türkiyəni hədəf taxtasına gətirən nədir? - ANALİZ

Baxış sayı:
7267

Türkiyədə “Ölkə” TV-nin direktoru Həsən Öztürk “Yeni Şəfəq” qəzetindəki köşəsində, ABŞ və Avropanın Türkiyəni hədəf taxtasına qoyması ilə bağlı bir yazı qələmə alıb. Muxalifet.az həmin yazını tərcümə edərək, oxucularına təqdim edir:

Türkiyə uzun zamandır dost atəşi altındadır. Daha əvvəllər dost və müttəfiqləri tərəfindən "mühasirə edilmiş" olmasına və hər 10 ildən bir ordu tərəfindən müdaxilə edilməsinə baxmayaraq birbaşa hədəf olaraq görülməyən Türkiyə, bu gün dostları tərəfindən hədəfə alınıb.
Bax, biz buna “davamlılıq” problemi deyirik.
Türkiyəni hədəf taxtasına qoyanların adlarını açıq deyək, Amerika və Avropa Birliyi (Aİ). Yəni, Avroatlantika paktı.
Suriyanın şimalında PYD/YPG-PKK terror təşkilatına Amerikanın verdiyi dəstək də, FETÖ terror təşkilatına həm Amerikanın, həm də Aİ-nin biganə qalması da, şərqi Aralıq dənizindəki güc savaşı da dost atəşi altında olduğumuzun göstəricisidir.
Amerika və Aİ-yə görə, Türkiyə Yaxın Şərqdəki hər hansı ölkədən biridir. Ərazimizə sırıdıqları "parça parça edilmişlikdir". Həm coğrafi, həm əhali və iqtisadi olaraq bu günkü Türkiyənin böyüklüyündən rahatsızdırlar. Bu miqyasdakı bir Türkiyəyə dözümləri yoxdur.
O üzdən Türkiyə dost atəşi altındadır.
 
CEFFRİ: ƏRDOĞAN YALTAQLANMADIĞI ÜÇÜN SEVİLMİR
 
 İllərlə birbaşa hədəfə qoyulmayan Türkiyənin bu gün niyə hədəfdə olduğunu ən yaxşı izah edən cümlələrin sahibi bir Amerikalıdır.
İllərlə Amerikanın Ankarada səfiri olmuş, bu günlərdə Trampın xüsusi nümayəndəsi olaraq bölgəmizdə finq atan Ceyms Cefri, FETÖ-çu alçaqların 15 iyul çevriliş və işğal cəhdindən sonra 14.08 2016-da “Hürriyyət” qəzetinə verdiyi müsahibədə çox diqqət çəkən cümlələr işlətmişdi.
Cefri eynilə belə demişdi: "Ərdoğan Vaşinqtonda sevilmir. Ərdoğan Avropada da sevilmir. Qərb Ərdoğandan əvvəl daha avtoritar olan çox liderlə əməkdaşlıq edib, etməyə də davam edir. Amma fərq burasındadır: Səudiyyəlilər, Misirlilər hər şəraitdə bizə yaltaqlanır, bizimlə eyni dəyərləri bölüşür kimi görünürlər. Ərdoğan isə bizimlə toqquşur, ziddiyyətləri üzümüzə vurur, dostumuz olmağa çalışmır. Ondan daha avtoritar liderlər isə dost kimi davrandıqları üçün zərəri görmür. Ərdoğan Vaşinqtonda buna görə sevilmir".
Bu ifadələr strateji tərəfdaşımız Amerikanın mühüm diplomatına məxsusdur. “Ərdoğan bizə yaltaqlanmır. Onun üçün sevmirik” deyir. Regionumuzdakı iki ölkəni xüsusilə xatırlayır, Səudiyyə Ərəbistanı və Misiri.
Türkiyə Səudiyyə Ərəbistanı və Misir kimi etmədiyi üçün hədəfə qoyulur Jeffreyə görə.
 
“ƏRDOĞAN DEVRİLSİN. AMERİKAYA VƏ Aİ-yə YALTAQLANAQ. Onlar DA BİZİ SEVSİN” DEYİRLƏR
 
Diqqət etdinizsə, Ərdoğan üzərindən Türkiyəni hədəfə qoyurlar. Çünki 2003-dən bu yana hər seçkidə millət Ərdoğanın arxasında möhkəm dayanır.
Millətdən aldığı güclə, "əyilməyən" bir siyasət yürüdür Ərdoğan. Və o dik duruşu ilə razılaşmayanlar tərəfindən Ərdoğan və Türkiyə hədəfə qoyulur.
Bəs bu gün niyə bu "dost atəşi altında Türkiyə" yazısını yazmağa ehtiyac hiss etdim?
Bəziləri "Ərdoğan hakimiyyətdən düşsə, biz də əvvəlki kimi yaltaqlanarıb. Amerika və AB də bizi sevər" fikrini çoxdan satın alıblar.
 Keçmiş təcrübəmizdən elə bir Türkiyənin nə uzanıb, nə də qısaldığını bilirik. Bir qarnizon dövlət olmaqdan o tərəfə keçmədiyini bilirik.
 
BİZƏ İNSAN HAQLARI, MİSİR VƏ SƏUDİYYƏYƏ GƏLİNCƏ AVRO VƏ DOLLAR AĞILLARINA GƏLİR
 
Cefri eyni müsahibədə bunları da deyir:
“Qərblilərin əsas motivasiyası insan haqları və azadlıqsevər fikirlərdir. Nöqtə. Bu Avropalılar üçün yüz faiz belədir, Amerika üçün də fərz edilən mövqedir. Beləliklə, çevriliş təşəbbüsü gündəmə gəldikdə dərhal insan haqları pozuntularına dair ümumi bir narahatlıq hasil oldu.
Bizə gəlincə, "insan haqlarını" və "azadlığı" xatırlayan Qərbin iki ağlığına iki nümunə verib, qurtaraq.
Ötən həftə çox maraqlı hadisələr yaşadıq. Bunlardan biri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bin Salmanın şərq səfəri, digəri Avropa Birliyi ilə Misirin Şarm el-Şeyhdə bir araya gəlməsi.
Aİ nümayəndələri Misirdə Sisi ilə qol qola poza vermədən bir az əvvəl Sisi 9 gənci edam edib. Hanı bəs insan hüquqları?
Vəliəhd şahzadə bin Salmanın üzərinə Qaşıqçı-nın qanı sıçradı. Amerika bin Salmanı hələ də qoruyur. Haradadır azadlıqsevər fikir?
Həm Sisi, həm bin Salman dostlarına kifayət qədər yaltaqlanır ki, əl üstündə tuturlar.
Türkiyə hələ də dost atəşi altındadır. Yeganə variant müqavimət göstərməkdir. Onların formulları ilə razılaşmaq ölümcül səhvdir!
Haqsızammı?

Həsən Öztürk,
"Yeni Şafak"

Hazırladı: Muxalifet.az