Türkiyəni daha bir SANKSİYA DALĞASI gözləyir: Nazirdən KRİTİK AÇIQLAMA

Baxış sayı:
14047

“Sülh Çeşməsi” hərəkatına görə Türkiyəyə qarşı sanksiyalar masadadır. Bu barədə Fransanın Avropa İttifaqı ilə münasibətlərindən məsul naziri Ameli de Montaçlin danışıb. “İnter” radiosuna açıqlama verən nazir “Suriyaya görə Türkiyəyə sankisya tətbiq edilməsi mövzusu gələn həftə Avropa Şurasında müzakirə ediləcək. Açıq şəkildə desək, bu məsələ masada olacaq” sözlərini deyib. Qeyd edək ki, Fransa Türkiyənin terrorçulara qarşı hərbi əməliyyat keçirməsindən narahatdır. Buna görə də Avropa İttifaqını hərəkətə keçirmək istəyir.