Türkiyəni buna məcbur etmək istəyirlər: PKK-nın planı ortaya çıxdı - ARAŞDIRMA

Baxış sayı:
250

Türkiyədə Terror və Təhlükəsizlik üzrə ekspert Abdullah Ağar terror təşkilatının hücumlarındakı son dövrlərdəki artımın arxasında nələr yatdığını, PKK-nın məqsədinin nə olduğunu açıqlayıb.
 
Terrorla mübarizədə son illərin ən müvəffəqiyyətli dövrlərindən birini yaşayan Türkiyə, təşkilatın simvol şəxslərini ilə yanaşı fərqli kateqoriyalarda axtarılan terrorçubaşlarını da bir bir təmizləməyə başlayıb. Təhlükəsizlik qüvvələri 'terroru qaynağında yox et' prinsipindən hərəkət edərək ölkə içində, yaxud ölkə xaricində çox əhəmiyyətli əməliyyatlar keçirərək təşkilata böyük zərbə vurmağa davam edir. Mübarizə uğurla davam etdiyi kimi, təəssüf ki, son şəhid xəbərləri  də artıb. Son olaraq TSQ-nın İraqın şimalındakı müşahidə nöqtəsinə edilən hücumda bir əsgər daha şəhid oldu.
 
PKK nə etməyə çalışır?
 
Terror və Təhlükəsizlik eksperti Abdullah Ağar söz mövzusu hücumların tək olaraq deyil, bütöv bir yanaşmada qiymətləndirilməsi lazım olduğunu bildirib. Ağar son 14 gündə 14 şəhid verildiyini qeyd edib. Prosesin daha yaxşı aydın ola bilməsi üçün bəzi xətlərin dəqiq şəkildə bilinməsi və ümumiyyətlə xüsusi bir qiymətləndirilmənin aparılmasına ehtiyacın olduğunu deyən Ağar, 'PKK nə etmək istəyir' sualını maddə maddə cavablandırıb:
 
1- Terrorçular Türkiyədəki siyasi qütbləşməni dərinləşdirmək, cəmiyyəti şəhid xəbərləri üzərindən bölmək istəyir.
2- PKK ünsürləri hər il mütləq olaraq 'Sözdə Bahar atılımı' adı altında bir hücum etmək istəyir. Bununla onlar əsasən güclü olduqlarını göstərmək istəyirlər.
3-Bu hücumlardan sonra inkişaf edəcək siyasi nəticələr üzərindən Türkiyəni yenidən bir açılım müddətinə məcbur etmək istəyirlər.
4-Cəmiyyətə və siyasətə təsiri nümayiş etdirir və bu təsirin davam etdiyini göstərirlər.
5-Söz mövzusu hücumlarla Qəndilin təsirinin davam etdiyini həm öz bazalarına, həm də Türkiyəyə isbat etməyi məqsəd qoyurlar.
 
Diqqəti Fəratın şərqindən yayındırmaq istəyirlər
 
Terroriçuların son dövrlərdə artan hücumlarında təməl məqsədlərdən birinin 'Diqqəti mümkün olduğu qədər Fəratın şərqindən uzaq tutmaq' olduğunu deyən Ağar, təşkilatın bu addımla təhlükəsizlik güclərini 'içəridəki əməliyyatlara' həbs etmək istədiyini söyləyib.
 
Terror ünsürləri Türkiyə-Rusiya-İranı üz-üzə qoymaq istəyir
 
Üst-üstə gələn hücumların yalnız daxili siyasət üzərindən deyil, bölgədəki bütün tarazlıqlar üzərindən oxunmasının daha doğru olacağını vurğulayan Ağar, belə davam edib:
"Terrorçular təşkil etdikləri hücumlarla Türkiyə-Rusiya və İranın qarşı-qarşıya gəlməsini də arzu edirlər. Təəssüf ki, bunu Tel Rıfatda, xüsusilə Rusiya ilə əlaqələrimizin pozulması nöqtəsində bacardılar.
Onlar da tez-tez hücumlarla Astana prosesini hədəf alırlar. Onların məqsədi Astana prosesini bitirməkdir.
Suriyadakı Türk bazalarına və Türk əsgərinə istiqamətli hücumlar son illərdə artıb.
 
S-400-ün alışını təxirə salmaq və ya ləğv etmək istəyirlər
 
Ağar ayrıca terrorçuların Türkiyənin S-400 alışını təxirə salması ya da ləğv etməsini istədiyinə diqqəti çəkərək, "Söz mövzusu hücumları təşkil edən PKK-YPG ünsürlərinin müstəqil olmadığını hamımız bilirik. Bu terrorçular böyük güclərin iradəsi ilə hərəkət edirlər və onların maşası olaraq davranırlar. Bölgədə Türkiyəni istəməyən qüvvələrin planlarını yerinə yetirən bir qurum olaraq əllərindən gələni edirlər. İlk hədəflərində 'Türkiyənin yalnız öz sərhədləri çərçivəsində terrorla mübarizə etməsi və Türk əsgərinin o bölgədən tamamilə çıxması var " deyə söyləyib.
Müxalifət.az