​Türkiyəli ulduz Ronaldonu geridə qoydu

Baxış sayı:
4749

Qış transfer pəncərəsində Türkiyənin “Beşiktaş” klubundan İngiltərənin “Everton”una keçən Cenk Tosun bir çox dünya ulduzunu geridə qoyub.
 
Muxalifet.az xəbər verir ki, 26 yaşlı futbolçu İngiltərə Premyer Liqasında keçirdiyi 5-ci matçda ilk qolunu vurub. Bununla da Kriştiano Ronaldo, Mario Balotelli, Santa Kruz və Fernando Torres kimi ulduzları geridə qoyub.
Belə ki, Ronaldo və Kruz Premyer Liqada ilk qolunu 9-cu, Fernando Torres 10-cu, Balotelli 13-cü matçında rəqib qapısına yol tapmağı bacarıb.
C.Tosun yalnız Velbek, Tevez və Yovetiç kimi futbolçuların gerisində qalıb.