Türkiyəli tanınmış aktyoru küçədə döydülər

Baxış sayı:
6379

Türkiyəli tanınmış aktyor Xalit Ərgənc bu gün səhər saatlarında 2 nəfərin hücumuna məruz qalıb.
Muxalifet.az xəbər verir ki, aktyor bu barədə şəxsi Tvitter səhifəsində məlumat paylaşıb. Aktyor tanımadığı şəxslərin ona yaxınlaşaraq təhqir etdiklərini, yumruq vurduqlarını, daha sonra isə şəxsi avtomobillərinə minərək ərazidən uzaqlaşdıqlarını bildirib.
X.Ərgəncin şikayət etməsindən sonra sözügedən şəxslər polis tərəfindən müəyyənləşdirilərək saxlanılıb.