Türkiyəli professor Qaşıqçı cinayətini şərh etdi

Baxış sayı:
4606

“Milat” qəzetinin müəllifi  professor Bilal Sambur bu hünkü yazısında Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətini analiz edib.
 
"Hər şeydən əvvəl Qaşıqçı cinayətini adi, sıradan bir cinayət olaraq qiymətləndirmək mümkün deyil. Camal Qaşıqçı cinayəti bir dövlət tərəfindən insanlığa qarşı işlənən cinayət vəziyyətindədir. Bu olayı anlaya bilmək üçün əvvəlcə Orta Şərqi, Səudiyyə Ərəbistanını, Amerikanın Yaxın Şərqdəki layihəsini və Türkiyənin buna qarşı ortalığa qoyduğu həmləni anlamaq lazımdır. Səudiyyə Ərəbistanı şahzadə Məhəmməd bin Salmanı vəliəhd elan etdikdən sonra bin Salman daha əvvəl heç kimin etmədiyi çılğınlıqları edən bir vəliəhd portreti ilə qarşımıza çıxdı. Yəməndə müharibənin başladılması, Qətərin blokadaya alınması, ölkənin daxilində və xaricində görünən müxalif səslərə qarşı qəddar repressiya ilə məhvetmə bir siyasət yürütməsi bunun örnəkləri oldu.
 
"Vəliəhd bin Salman Qaşıqçı cinayəti ilə Amerikaya gözdağı vermək istədi "
 
"Camal Qaşıqçı Məhəmməd bin Salmanın həm Səudiyyə Ərəbistanı, həm də Yaxın Şərq üçün böyük bir təhdid olduğunu bilən bir fikir adamıydı və bunu Qərbə izah etməyə çalışırdı. Bin Salman və ətrafındakı məmurlar Qaşıqçı kimi özlərinə müxalif görünən kəsləri aradan qaldırmaqla Amerikaya “bu kimi şəxslərə fəaliyyət imkanı verilməməlidir” mesajını vermək istədilər. Bu çərçivədə həm İhvançılara, həm Türkiyəyə, həm Qətərə, həm də digər Səudiyyə müxaliflərinə bir gözdağı vermək istəyərək İstanbulu seçdilər. Qaşıqçıçı vəhşi bir şəkildə ortadan qaldırıldı."
 
"Məhəmməd bin Salman artıq bundan sonra təsirsiz bir kukladan başqa bir şey ola bilməz"
 
"Türkiyənin bu hadisəni əvvəldən sona qədər konkret dəlil və məlumatlarla dünya ictimaiyyətini məlumatlandırması Səudiyyə Ərəbistanı üzərində beynəlxalq bir basqının meydana gəlməsinə səbəb oldu, Məhəmməd bin Salmanın dünya ictimaiyyəti liderləri tərəfindən təcrid edilməsini təmin etdi.Türkiyənin çox həssaslıqla çalışması Səudiyyə Ərəbistanının bütün planlarını pozdu. Məhəmməd bin Salman bundan sonra kral olsa belə bütün rəhbərliyi boyunca atdığı hər addımda o vəhşi cinayət qarşısına çıxacaqdır. Bin Salman bundan sonra təsirsiz bir kukladan başqa bir şey deyil."
Müxalifət.az