​Türkiyəli mütəxəssis Qurban Qurbanovu nümunə göstərdi

Baxış sayı:
4228

Tovuzun “Turan” klubunun sabiq baş məşçisi Naci Şensoy Qurban Qurbanovun millimizin baş məşqçi postundan göndərilməsindən sonra AFFA-dan təzminat tələb etməməsinə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, 60 yaşlı Kosovo əsilli türkiyəli mütəxəssis Qurban Qurbanovu nümunə göstərib:
“Gerçək “təfərrüat”..!!! Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov vəzifəsindən ayrıldı. Bundan sonra Azərbaycan Futbol Federasiyasının – AFFA-nın ona təzminat təklif etməsinə: “‘Mən Azərbaycan milli komandasını pul qarşılığında çalışdırmağa gəlmədim ki” deyərək, təzminat almağı qəbul etmədi. Bizim özünə “milliyətçi” deyən məşqçilərimiz vardı ha… Ya da, ”bəli, komandanın rəhbərliyi ilə görüşdük” və o, komandayla görüşdükdən sonra “digər hər şey bir “təfərrüatdır” deyənlər ağlıma gəldi”.
Qeyd edək ki, Qurban Qurbanov yığmanın baş məşqçisi postundan getdikdən sonra alacağı təzminatdan imtina edib. Təzminatın 408 min manat olduğu bildirilir.