​Türkiyəli müğənni həbs olundu

Baxış sayı:
5323

Türkiyəli müğənni Fərhad Tunç 1 il 11 ay həbs cəzası alıb.
Muxalifet.az axşam.az-a istinadən məlumat verir ki, onun həbs olunmasına səbəb sosial mediadakı paylaşımları olub.  Belə ki, terrorçu dəstələrlə əlaqəsi olduğu iddia olunan Fərhad açıqlamasında bu sözləri deyib:
"Mən sənətçiyəm. Sənətçi cəmiyyətin içində olan insandır. Sənətin ilklərinə sahib çıxıram. Nə etmişəmsə, sənətimə güvənərək etmişəm. Peşman deyiləm. Günahımın olmadığını düşünürəm".