Türkiyəli məşhur Bakıda azərbaycanlı xanımla evləndi – Cütlüyü “ata-bala” adlandırdılar - Video

Baxış sayı:
3814

Türkiyəli tanınmış jurnalist Kərim Akbaş Bakıda dəbdəbəli toy edib. “Yeni Sabah” xəbər verir ki, o, Əminə adlı azərbaycanlı gənc xanımla ailə qurub. Cütlüyün toyu paytaxt restoranlarının birində baş tutub. Məclisdə yerli şou-biznes nümayəndələri də iştirak edib. Aparıcı Vüsalə Kərimova, müğənni Yaşar Cəlilov toydan görüntüləri paylaşaraq cütlüyü təbrik edib. Bu evlilik sosial şəbəkədə müzakirələrə səbəb olub. İzləyicilər bəyin yaşının çox olduğunu yazaraq cütlüyü “ata-bala” adlandırıblar. Toydan görüntüləri təqdim edirik: