Türkiyəli idmançı Vyanadakı terrorda polisə və yaşlı qadına kömək etdi

Baxış sayı:
6692

Türkiyə əsilli avstriyalı MMA döyüşçüsü Mikail Özen dostu Receb Gültekin ilə birlikdə Vyanada terror hücumu zamanı yaralı polisi xilas edib.

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, onlar yaralı polis işçisinə təcili yardım maşınına tərəf getməyə yardımçı olublar.

Daha sonra isə türklər yaşlı qadına kömək ediblər. Özen bildirib ki, həmin şəxs hadisə yerinə getmək istəyirmiş: "Onu görüb dayandırdıq və təhlükəsiz yerə apardıq".

Hücum zamanı Gültekin da xəsarət alıb.

Qeyd edək ki, noyabrın 2-də Vyanada ən azı 3 nəfərin öldüyü terror hadisəsi baş verib. 9 dəqiqə sonra 20 yaşlı cinayətkar Avstriya polisinin xüsusi təyinatlıları tərəfindən öldürülüb.