​TÜRKİYƏLİ EKSPERT: Türkiyə bu şəhərə müdaxilə edəcək

Baxış sayı:
778

Allahın izni ilə Türkiyə Afrində əməliyyata başlayacaq.
Bu sözləri türkiyəli tarixçi və beynəlxalq məsələlər üzrə ekspert Enes Mərd Dəmir Feysbuk hesabında yazıb.
O bildirib ki, bütün beynəlxalq qüvvələr və daxildəki separatçılar Afrin əməliyyatına qarşı çıxır:
“ABŞ-dan Rusiyaya, BMT-dən Avropa ölkələrinə kimi heç kəs Türkiyənin Afrinə girməsini istəmir. Bu çağırış onların PKK/PYD-ni necə müdafiə etdiklərini və əməliyyatdan necə narahatlıq keçirdiklərini bir daha ortaya qoyur. Bir də onların daxildəki əlaltıları - HDP, CHP və s. kimi təşkilatlar əməliyyata qarşı çıxır. Bütün olanlara baxmayaraq, əməliyyat başlayacaq”.
Qeyd edək ki, bu gün artıq Türkiyə ordusu Afrində YPG-yə zərbələr endirib. /axar/