Türkiyəli diplomatlara hücum edən daha üç terrorçu yaxalandı - FOTOLAR

Baxış sayı:
1733

İyulun 17-də türkiyəli diplomatlara hücum edən digər 3 terrorçu da saxlanılıb.

Musavat.com bu barədə habertürk-ə istinadən xəbər verir.

Məlumata görə, Ərbil Təhlükəsizlik İdarəsinin əməkdaşları Türkiyənin Baş Konsulluğunun əməkdaşlarına hücum edən 
daha 3 terrorçunu zərərsizləşdiriblər.

Diplomatlara hücum edən Mazlum Dağ kod adlı terrorçuya kömək edən Mamand kod adlı Məhəmməd Beşiksiz və onunla bərabər iki nəfər iyulun 20-də, axşam saatlarında saxlanılıb.

Verilən açıqlamalara görə, terrorçular Şimali İraqda Mahmur yolu Mantakava səmtində ələ keçirilib.

Qeyd edək ki, iyulun 17-də İraqın Ərbil şəhərindəki restoranların birində Türkiyə Baş konsulluğunun əməkdaşlarına silahlı hücum olub. Baş konsulluğun əməkdaşı Osman Köse və digər iki İraq vətəndaşı öldürülüb.
Mazlum Dağ ile ilgili görsel sonucu