​Türkiyəli deputatdan iddialı çıxış: Rusiya Güləni tələb etsin!

Baxış sayı:
6715

FETÖ şəbəkəsinin lideri Fətullah Gülənin ABŞ-dan ekstradisiyası üçün Rusiya da təşəbbüslər göstərə bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri türkiyəli deputat Məhməd Mətinər sputnik -ə açıqlamasında deyib.
“Rusiya öz səfirini öldürən cinayətkarı izləməli və lazım olduğu təqdirdə o cinayətkarın ekstradisiyasını tələb etməlidir. Bu olay sadəcə Türkiyəni maraqlandıran hüquqi prosedurdan və siyasi prosesdən ibarət deyil. Rusiya artıq Gülənin ekstradisiyasında haqlı səsini ucaltmalıdır. Lazımi diplomatik həssaslıq göstərilməlidir. Çünki Gülən deyilən cəllad sadəcə terrorçubaşı deyil, eyni zamanda demokratiyaya qəsd etmiş birisidir”, - deyə deputat bildirib.