Türkiyəli aktyor azərbaycanlı tələbələrin kirayə pulunu verdi

Baxış sayı:
370

Türkiyənin tanınmış aktyoru Onur Tuna İstanbulda təhsil alan azərbaycanlı tələbələrə yardım əlini uzadıb.

Belə ki, o, iş xanımı Ruhi Əliyevanın təşəbbüsünə qoşularaq, tələbələrə maddi və mənəvi dəstəyini nümayiş etdirib. Tələbələr həm kirayə ev, həm də gündəlik ərzaqla təmin olunublar.

Onur Tuna bu addımı atmaqla, bir daha məşhur “Bir millət, iki dövlət” deyimini yada salıb və Azərbaycana olan sevgisini nümayiş etdirib.

Qeyd edək ki, O. Tuna Ruhi Əliyevanın təşəbbüsü ilə çəkilən “Ağır romantik” filminin baş rol ifaçısıdır./qafqazinfo.az