​Türkiyədən Yunanıstana FETÖ xəbərdarlığı

Yunanıstanın FETÖ-çular üçün sığınma mərkəzi olmasını arzu etmirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu yunan həmkarı Nikos Kocias ilə görüşü zamanı deyib.
Çavuşoğlu 2016-cı ildə 15 iyul hərbi çevriliş cəhdindən sonra Yunanıstana 8 keçmiş hərbçinin qaçdığını bildirib:
“Təəssüf ki, Yunanıstan məhkəmələri bu 8 nəfəri Türkiyəyə təhvil vermədi. Bu, bizdə ciddi xəyal qırıqlığı yaratdı. Çünki Yunanıstan da keçmişdə qiyamlardan əziyyət çəkən ölkə olub. Biz bu şəxslərin ölkəmizə veriləcəyini gözləyirdik. Digər tərəfdən hörmətli prezidentimizə qarşı Mərmərədə sui-qəsd hazırlayan 2 keçmiş hərbçinin də Yunanıstana qaçdığını öyrəndik. Biz onların da ekstradisiyasını gündəmə gətirdik”.
Qeyd edək ki, 15 iyul qiyamından bəri 995 nəfər Yunanıstana mühacir statusunda müraciət ünvanlayıb.